banner
banner

Dünya

Britaniyalı qadınlar kütləvi şəkildə İŞİD-ə qoşulurlar

Britaniyalı qadınlar kütləvi şəkildə İŞİD-ə qoşulurlar

Ötən il ən azı 60 qadın Böyük Britaniyanı tərk edərək Suriyaya üz tutub və orada ekstremist “İslam dövləti” (İŞİD) qruplaşmasına qoşulublar.

Bu barədə bazar günü Britaniya polisinin anti-terror mübarizə məsələləri üzrə milli koordinatoru, Skotland-Yardın London bölməsi rəhbərinin müavini Helen Boll bildirib, Oxu.Az TASS-a istinadən xəbər verir.

“Bu problemin miqyası getdikcə artır və narahtlıq doğurur, - deyə, o bildirib. – Səyahətlər və aviadaşımalar sahəsində çalışan insanlar nə qədər ayıq olsalar, bir o qədər yaxşıdır”, - deyə, Boll bildirib.

Britaniya mətbuatının məlumatına görə, ekstremistlərin sosial şəbəkələrdə apardıqları təbliğatın təsiri altında Böyük Britaniyada yaşayan gənc müsəlman qadınlar Türkiyə vasitəsilə Suriyaya keçir və burada “İŞİD”ə qoşulurlar.

Qadınların əksəriyyəti yaraqlılara qoşulmaq üçün Suriyaya üz tuturlar.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.