"Beşiktaş"ın müdafiəçisi Caner Erkin həbs oluna bilər. Buna futbolçunun “Başakşəhər”lə oyunda ona sarı vərəqə göstərən görüşün baş hakimi Mete Kalkavanı təhqir etməsi səbəb olub. Həmin anın kameralara düşməsi Canerin əməlinin üstünün açılmasında böyük rol oynayıb. Bu gün İstanbul Cəza Məhkəməsi 28 yaşlı futbolçunun işi ilə bağlı iddianamə qəbul edib. Caneri 2 il müddətinə azadlıqdan məhrumetmə cəzası gözləyir.
İngiltərənin “Çelsi” klubunun baş məşqçisi təyin olunan Xabi Alonso ilə bağlı transfer iddiaları Avropa futbol gündəmini hərəkətə gətirib. İngiltərə mətbuatında yayılan xəbərlərə görə, ispaniyalı mütəxəssis keçmiş yetirməsi Arda Güləri də Londona gətirmək istəyir.
Bərdə rayonunda "SkyFit" idman zalında yoxlama keçirilib, mənşəyi bilinməyən idman qidaları aşkarlanıb.
Bu barədə Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb