"Bavariya"nın baş məşqçisi Pep Qvardiola karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.
Qol.Az-ın "The Sun"a istinadən verdiyi məlumata görə, ispaniyalı mütəxəssinin "Mançester Siti"nin baş məşqçi vəzifəsinə gətiriləcəyi bildirilir.
"Mançester Siti" Premyer Liqanı qazanmayacağı təqdirdə baş məşqçi Manuel Peleqrini ilə yollar ayrılacaq. Rəhbərlik Peleqrini məhz Qvardiola ilə əvəzləmək niyyətindədir. Cari mövsümün sonunda Qvardiola ilə danışıqlar aparılacağı bildirilir.
Qeyd edək ki, "Mançester Siti" klubu Premyer Liqanın geridə qalan 26 turundan sonra 55 xalla turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb.
Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.