Martın 2-də Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək. Əsasən yağmursuz olacaq, lakin gün ərzində bəzi yerlərdə çiskinli yağış yağacağı ehtimalı var. Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən məlumat verilib. Havanın temperaturunun gecə 4-6°, gündüz 7-10° isti, Bakıda gecə 3-5°, gündüz 8-10° isti olacağı gözlənilir. Atmosfer təzyiqi norma daxilində 762 mm civə sütunu, nisbi rütubət 75-85 % olacaq. Sabah Azərbaycanın rayonlarında hava şəraitinin gün ərzində bəzi yerlərdə yağmursuz olacağı, bəzi yerlərdə isə yağış və sulu qarın yağması gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Səhər və axşam bəzi şərq rayonlarında havanın çiskinli olacağı ehtimalı var. Qərb küləyi əsəcək. Mərkəzi-Aran rayolnalında yerlərdə çiskinli, axşam isə yağış yağacağı ehtimalı var. Dağlarda duman olacaq. Şərq küləyi 3-8 m/s təşkil edəcək. Havanın temperaturu gecə 3-6°, gündüz 8-12° isti, dağlarda gecə 0-4° şaxta, gündüz 4-8° isti olacağı gözlənilir.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.
Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.