banner
banner

Şou

Nemtsovun yanındakı model yoxa çıxıb

Nemtsovun yanındakı model yoxa çıxıb

Ukrayna diplomatları Boris Nemtsov öldürülərkən yanında olan ukraynalı modelin izini itirib.

Axşam.az-ın məlumatına görə, Ukraynanın Moskvadakı konsulu Gennadi Breskalenko hazırda Anna Duritskayanın harada olması haqqında heç bir məlumatının olmadığını deyib.

Ukraynalı deputat Ostap Semerak da modelin yeri haqqında məlumatsız olduğunu bildirib. "Anna deyir ki, onu hansısa mənzilə aparıblar. Orada mühafizəçilər var. Onu həmin yeri tərk etməyə qoymurlar. Annanın özü də harada olduğunu bilmir", - deyə Semerak gənc qızın qohumlarının sözlərini mətbuata çatdırıb.

Rusiyanın İstintaq Komitəsi (RİK) isə bu haqda heç bir şərh vermir. Təkcə o məlumdur ki, Anna Duritskaya fevralın 28-də səhər hadisənin şahidi kimi dindirilib və sonra RİK-in binasını tərk edib.

Rusiyada isə bəzi mütəxəssislərin fikrincə, 23 yaşlı gənc model, qətlə yetirilən Boris Nemtsovun rəfiqəsi Anna Duritskaya cinayətkarlarla əlbir ola bilər. Belə ki, Rusiyanın məşhur iqtisadçısı öz Tvitter səhifəsində yazıb ki, "Boris Nemtsovun gənc rəfiqəsi onu lazım olan vaxt lazım olan yerə gətirə bilərdi". Politoloq Vitali Tretyakov da həmin fikri dəstəkləyir. "Çox güman ki, qızdan istifadə ediblər - o, Nemtsovu adamların az olduğu yerə piyada gəzintiyə aparmalı idi", - deyə o bildirib.

Xatırladaq ki, Boris Nemtsov fevralın 27-də Moskva vaxtı ilə 23:37-də öldürülüb. Rusiya polisi qatillərin hadisə yerindən qaçdığı "Ford Mondeo" və "Kia-Rio" maşınlarını axtarır. Qatillər Boris Nemtsova 6 güllə atıblar. Onlardan dördü hədəfə dəyib. Nemtsov başından, ürəyindən, mədəsindən və qara ciyərindən güllə yarası alıb. Rus siyasətçi daxili qanaxmadan keçinib. Hadisə baş verən vaxt Nemtsovun birlikdə olduğu 23 yaşlı model onun yanında olub. 



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

"Kurtlar Vadisi" sevənlərə şad xəbər - Əfsanə geri dönür!

Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.

30 illik küsülülük bitdi

Təranə Qumral Əməkdar artist Könül Kərimova ilə 30 illik küsülülüyə necə son qoyduqlarını danışıb.

“Vəfa Şərifovanı polis saxlayıb” iddiasına müğənnidən GECƏ CAVABI

Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.