Pekinin hava limanlarında sərnişin axını on milyonlarla nəfər təşkil edir və bu rəqəm durmadan artır.
Çin paytaxtının hakimiyyət orqanları aeroportların həddən artıq yüklənməsi problemini həll etmək və getdikcə artan turist axını şəraitində sərnişinlərə komfort şərait yaratmaq məqsədilə yeni hava limanının ən yaxşı arxitektura layihəsi üçün müsabiqə elan ediblər.
Belə bir aeroport üçün Zahi Hadid bürosunun (Zaha Hadid Architects) layihəsi seçilib. Dünyanın ən nəhəng terminalı olacaq və “Beijing new airoport terminal builing” adlanacaq yeni aeroport il ərzində 45 milyon sərnişinə xidmət edəcək.
Yeni hava limanı Pekinin mərkəzindən 46 kilometr cənubda yerləşən Dasin rayonunda inşa olunacaq. Kompleksin ümumi sahəsi 2680 min hektar təşkil edəcək. Aeroport sərnişinlərin rahatlığı üçün hər cür şəraiti olan doqquz ədəd uçuş-enmə zolağına malik olacaq.
Yeni obyektin tikintisinin 13 milyard dollara başa gəlməsi nəzərdə tutulur. Aeroportun tikintisi 2018-ci ildə başa çatacaq.//AzərTAc
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.