Müğənni Tarkan ötən gecə Etilerdə yerləşən restoranlardan birindən çıxarkən görüntülənib. İfaçı 4 aylıq hamilə xanımı Pınar Tevetoğlu üçün pizza və risotto (düyüdən hazırlanan italyan xörəyi) alıb.
Adətən sifariş üçün köməkçilərini restorana göndərən Tarkan bu dəfə xanımı üçün özü məkana gedib və yeməklərin duzsuz, ədviyyatsız olduğunu tapşırıb.
Çıxışda jurnalistləri görən sənətçi tələsdiyini deyərək avtomobilinə əyləşib və evinə gedib.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.