banner
banner

İdman

FİFA-nın 2017-ci ildə gəlirləri planlaşdırılandan 300 milyon dollar çox olub

FİFA-nın 2017-ci ildə gəlirləri planlaşdırılandan 300 milyon dollar çox olub

FİFA-nın 2017-ci ildə gəlirləri planlaşdırılandan 300 milyon dollar çox olub.

"Report"un məlumatına görə, bu barədə ali futbol qurumunun maliyyə hesabatında bildirilir.

Rəsmi sənəddə FİFA-nın maliyyə baxımından daha uğurlu ili arxada qoyduğu vurğulanıb. Təşkilatın gəlirlərini oyunların yayım və marketinq hüquqlarının satışı hesabına artırmaq mümkün olub. Eyni zamanda xərclər ciddi nəzarət tədbirləri sayəsində azaldılıb.

O da bildirilir ki, təşkilatın 2015 - 2018-ci illərdə planlaşdırılan 5,656 milyard dollardan 5,555 milyard dolları əldə etməsi üçün müqavilələr artıq bağlanılıb. Lakin qurum hesab edir ki, bu il Rusiyada keçiriləcək dünya çempionatının planlaşdırılandan 100 milyon dollardan çox qazanc gətirəcəyini də nəzərə almaq lazımdır.

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.

21 yaşlı Arda Gülərlə bağlı ŞOK İDDİA yayıldı – SON DƏQİQƏ

İngiltərənin “Çelsi” klubunun baş məşqçisi təyin olunan Xabi Alonso ilə bağlı transfer iddiaları Avropa futbol gündəmini hərəkətə gətirib. İngiltərə mətbuatında yayılan xəbərlərə görə, ispaniyalı mütəxəssis keçmiş yetirməsi Arda Güləri də Londona gətirmək istəyir.