Ayrıldıqları deyilmişdi - birlikdə görüntüləndilər
Ayrıldıqları deyilən 25 yaşlı Selena Qomez və 24 yaşlı Castin Biber birlikdə görüntüləniblər. Cütlük Beverli-Hilzdə yerləşən kilsəyə bir yerdə gedib. Qeyd edək ki, Selena və Castinə yaxın mənbənin sözlərinə görə, sonuncu mübahisə onları ayrılıq həddinə çatdırıb. Cütlük bir-birini çox sevdiyini, amma yorulduqlarını bildiriblər. Bu səbədən onlar bir müddət ayrı qalmaq qərarına gəliblər.
Xatırladaq ki, Selena və Biber uzun ayrılıqdan sonra ötən ilin oktyabrında birləşmişdi.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.