banner
banner

Sağlamlıq

Nə yeyim ki, arıqlayım? İdeal məhsul tapıldı

Nə yeyim ki, arıqlayım?

Kopenqaqen Universiteti (Danimarka) alimləri bir çox insanları maraqlandıran bu suala cavab tapıblar.

Danimarka diyetoloqları araşdırma zamanı aşkar ediblər ki, zülali qidalar arıqlamaq üçün ən ideal variantdır. Belə məhsullar insanı uzun müddət ərzində toz saxlayr ki, bu da arıqlamağa kömək edir.

Saglamolun.az xarici KİV-lərə stinadla xəbər verir ki, araşdırmada 50 insan iştirak edib. Bu insanların yarısı bir müddət zülal və qidalı liflərlə zəngin olan qidaları, yarısı isə yalnız zülalı qidaları istehlak edirdi.

1 həftədən sonra məlum olub ki, hər iki qrupda olan insanların çəkisi azalıb. Lakin birinci qrupda olan insanların (zülal + qidalı liflər) nəticələri daha yaxşı idi və onlar aclıqdan daha az əziyyət çəkidir.

Beləliklə, məlum olub ki, zülal və qidalı liflərlə zəngin olan məhsullar arıqlamağa çalışan insanlar üçün ən ideal variantdır.

Alimlərin fikrinə görə, artıq çəkidən xilas olmağa çalışan insanlar paxlalılara (noxud, lobya, mərci, soya və s.) xüsusi fikir verməlidir ki, bu məhsullar həm zülallar, həm də qidalı liflərlə zəngindir.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Soyuq duş alın, görün nə baş verəcək

Mütəmadi olaraq soyuq duş qəbul etmək insanın fiziki və psixoloji vəziyyətini yaxşılaşdıra, xəstəliyə görə işə çıxmadığı günlərin sayını azalda bilər.

Qarın piylərindən xilas olmaq üçün 5 ərzaqlı resept

Arıqlamaq istəyənlərin, xüsusilə də qarın nahiyəsindəki artıq piylərdən şikayət edənlərin marağına səbəb olan sadə resept mövcuddur. Cəmi 5 inqrediyentdən hazırlanan qatıq qarışımı ara yemək kimi qidalanma rasionuna daxil edilə bilər.

Armudun bilmədiyimiz faydaları

Armud həm dadlı, həm də qida dəyəri yüksək olan meyvələrdən biridir. Tərkibində lif, vitamin və minerallar olduğu üçün sağlamlığa bir sıra faydaları var.