Professor Nərgiz Paşayevanın qızı, “Nargis” nəşriyyat evinin rəhbəri Ülviyyə Rəhmanova “Soyuq əllər, isti ürək” adlı xeyriyyə yarmarkası keçirəcək.
Axşam.az-ın məlumatına görə, dekabrın 7-də başlayıb, yanvarın 7-nə kimi davam edəcək yarmarka Yeni ilə həsr ediləcək. Qeyd edək ki, “Soyuq əllər, isti ürək” yarmarkası ötən il də keçirilib. Yeni il ərəfəsində Fəvvarələr meydanında baş tutan yarmarka bir həftə davam etmiş, əldə olunan gəlir uşaq evlərindən birinə bağışlanmışdı. Ülviyyə Rəhmanovanın ideya müəllifi olduğu layihədə qonaqlar Yeni ili əks etdirən aksesuarlar, kitablar əldə etmək imkanı qazanmışdılar.
Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.