banner
banner

İdman

Millimizin növbəti sınağı - Yenilənir

Millimizin növbəti sınağı - Yenilənir

Milli komandamız bu gün növbəti yoxlama oyununa çıxacaq.

Qol.az-ın məlumatına görə, Qurban Qurbanovun rəhbərlik etdiyi yığmamız Antalyada Makedoniya millisi ilə qüvvəsini sınayacaq.

Balkanlarla indiyədək 6 dəfə qarşılaşan yığmamız qələbə qazana bilməyib – 5 məğlubiyyət, 1 heç-heçə. 

“Mardan” stadionunda keçiriləcək görüşdə videotəkrar sistemindən istifadə olunacaq ki, bu da millimiz üçün bir ilkdir.

Qeyd edək ki, yığmamız 2018-ci ildə ilk sınaq matçında Moldova ilə qolsuz heç-heçə edib. İkinci görüşdə Belarusla qarşılaşan komandamız 0:1 hesabı ilə uduzub.

27 mart

Yoldaşlıq görüşü

20:00. Azərbaycan – Makedoniya
Baş hakim
: Halis Özkahya
Köməkçi hakimlər: Kemal Yıldırım, Kerem Ersoy
Dördüncü hakim: Ali Palabıyık (hamısı Türkiyə)
Antalya. “Mardan” stadionu

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.

21 yaşlı Arda Gülərlə bağlı ŞOK İDDİA yayıldı – SON DƏQİQƏ

İngiltərənin “Çelsi” klubunun baş məşqçisi təyin olunan Xabi Alonso ilə bağlı transfer iddiaları Avropa futbol gündəmini hərəkətə gətirib. İngiltərə mətbuatında yayılan xəbərlərə görə, ispaniyalı mütəxəssis keçmiş yetirməsi Arda Güləri də Londona gətirmək istəyir.