banner
banner

Sosİal

Neftçala kəndləri 10 gündür işıq-qazsızdır

Neftçala kəndləri 10 gündür işıq-qazsızdır

“Neftçalada qar yağan gündən bəri (10 gündür) kəndlər işıqsız qalıb. Rayonun demək olar ki, 80 faizində işıq yoxdur. Bu səbəbdən 10 gündən çoxdur uşaqlar da dərsə gedə bilmir. Elektrik enerjisinin yoxluğu səbəbindən telefonların batareyası da sönüb”.

Bu sözləri qəzetimizə Neftçala sakinlərindən biri söyləyib. Onun dediyinə görə, Kür çayının sol sahili kəndlərini Bakı ilə birləşdirən körpü uçub-dağılıb: “Demək olar ki, kəndlər sivilizasiyadan tədric olunub. Qaz da yoxdur. Camaat donur”.

Neftçala sakini deyir ki, hazırda elektrik xətləri qırıldığı üçün elektrik verilmir. Camaat şikayətə getsə də, bildiriblər ki, təmir işləri bayrama qədər yekunlaşa bilər: “Bizim rayonun yiyəsi yoxdur, baxımsız qalıb. Şikayətləri vecinə alan yoxdur. Dərəbəylik hökm sürür. Prezident ötən il Kürün sağ sahili kəndlərinin yolunun tikintisinə pul ayırdı. Hələ də başlamayıblar o yolu çəkməyə. Rayonda qaz yataqları var. Qaz çıxarılır. Amma hələ də kəndlərin çoxu qazsızdı. Qazı çıxarıb kəndimizin yanı ilə haralarasa aparırlar. Amma camaata o qazdan vermirlər. Söz veriblər ki, Novruz bayramına kimi işıq problemini həll ediləcək. Deməli, millət hələ 20 gün də işıqsız keçinməlidir”.//Musavat.com



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Evini kirayə verənlərin nəzərinə!

Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.

Sabah 20 dərəcə isti olacaq - PROQNOZ

Bakıda və Abşeron yarımadasında noyabrın 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.