Bu gün 21 yaşadək futbolçulardan ibarət milli komandamız Avropa çempionatının seçmə mərhələsində növbəti oyununa çıxıb.
Qol.az-ın məlumatına görə, Rəşad Sadıqovun rəhbərlik etdiyi yığmamız səfərdə İrlandiya ilə qarşılaşıb.
Qeyd edək ki, bu, Rəşad Sadıqovun rəhbərliyi ilə millimizin ikinci oyunu idi. Komandamız bundan əvvəl səfərdə Kosovoya 0:2 hesabı ilə uduzub.
Bu dəfə Sadıqovun başçılıq etdiyi yığma səfərdə xal qazanmağa yaxın olsa da, 90+9-cu dəqiqədə vurulan qol millimizin məğlubiyyətinə səbəb olub.
27 mart
Avropa çempionatı
Seçmə mərhələ
V qrup
İrlandiya - Azərbaycan - 1:0 Qol: Sveeney, 90+9 Hakimlər: Filip Qlova, Peter Kovaç, Yan Pozor, Pavol Çmura (hamısı Slovakiya) Tallaght stadionu (Dublin)
İngiltərənin “Çelsi” klubunun baş məşqçisi təyin olunan Xabi Alonso ilə bağlı transfer iddiaları Avropa futbol gündəmini hərəkətə gətirib. İngiltərə mətbuatında yayılan xəbərlərə görə, ispaniyalı mütəxəssis keçmiş yetirməsi Arda Güləri də Londona gətirmək istəyir.
Bərdə rayonunda "SkyFit" idman zalında yoxlama keçirilib, mənşəyi bilinməyən idman qidaları aşkarlanıb.
Bu barədə Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb