İmişli rayonunun mədəni, sosial və iqtisadi həyatını əks etdirən "İmishli Land" jurnalının ikinci sayı işıq üzü görüb.
"Qafqazinfo" xəbər verir ki, jurnalın ikinci sayında rayonun tarixi, ənənələri, mətbəxi, həmçinin bugünki uğurları və gələcək perspektivləri haqda məqalələr dərc olunub. Jurnalın səhifələrində Azərbaycanın iri göllərindən olan sazan və külmə balıqları ilə bol olan Sarısu barədə, imişlili gənc rəssamlar Firuzə Miriyeva və Camal Muradlı barədə, həmçinin artıq 68 il İmişlidə yaşayan fransız İvonna nənənin həyatı barədə öyrənmək olar.
Qeyd edək ki, "İmishli Land" jurnalı İmişli rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyevin oğlu Məhəmməd Hacıyevin himayədarlığı və koordinatorluğu ilə dərc olunur.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.
Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.
Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.