2 ay əvvəl qalmaqallı şəkildə müğənni Sıladan ayrılan aktyor Ahmet Kural keçmiş sevgilisi Hadisə ilə yenidən münasibət qurmağa başlayıb.
Axşam.az Türkiyə mediasına istinadən xəbər verir ki, aktyor 2016-cı ildə eşq yaşadığı Hadisəyə mesajlar yazıb. Hazırda Amerikada tətildə olan Hadisə də bu mesajlara qarşılıq verib.
Xatırladaq ki, Ahmetin Sıladan ayrılmasına səbəb kimi ifaçının iş adamı ilə görüşməsi göstərilirdi.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.