banner
banner

Sosİal

Bakıda yeni tikilən ticarət mərkəzi çökdü

Bakıda yeni tikilən ticarət mərkəzi çökdü

Bu gün Nizami rayonu ərazisində tikinti işləri aparılan binada uçqun baş verib.


"Qafqazinfo" xəbər verir ki, hadisə şahidlərinin virtualaz.org saytına verdiyi məlumata görə, iş görülərkən tikinti gedən binada fəhlələr də olub. Onların uçqun altında qaldığı ehtimal olunur. Lakin bu, sadəcə gümandır və fakt hələ təsdiqlənməyib.

Hadisə 8-ci kilometr bazarının (“Vosmoy bazarı”) arxasında gedən tikintidə baş verib. 4 mərtəbəli ticarət mərkəzinin tikintisi zamanı qəza baş verib. Binanın ikinci mərtəbəsinin tikintisi gedərkən qəza beton tökülən zaman baş verib. Betonun ağırlığına tab gətirməyən dirəklər qırılıb və beton kütləsi birinci mərtəbəyə tökülüb.

Hazırda hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin xilasedici qrupları cəlb olunub. Ərazi polis əməkdaşları tərəfindən mühasirəyə alınıb.

 



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Evini kirayə verənlərin nəzərinə!

Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.

Sabah 20 dərəcə isti olacaq - PROQNOZ

Bakıda və Abşeron yarımadasında noyabrın 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.