banner
banner

İdman

“Qəbələ”dən “Keşlə”yə 3 cavabsız qol

“Qəbələ”dən “Keşlə”yə 3 cavabsız qol

AFFA-nın təşkilatçılığı ilə aşağı yaş qrupları üzrə liqalarda növbəti matçlar keçirilib.

Qol.az-ın məlumatına görə, Gənclər Liqasında “Səbail”in qonağı olan “Qəbələ” qolsuz sülhə imza atıb - 0:0. 

19 matçda 49 xal toplayan “qırmızı-qaralar” turnir cədvəlinin lideridir.

U-17 evdə “Səbail”dən güclü olub – 2:1. 25 görüşdə 64 xal yığan komanda turnir cədvəlinin 1-ci pilləsində qərarlaşıb.

U-16 rəqib meydanında “Zirə” üzərində minimalhesablı qələbə əldə edib – 1:0. Komanda 23 matçdan sonra 55 xalla çempionatın turnir cədvəlinə başçılıq edir. 

“Keşlə” ilə qarşılaşan U-15 üç cavabsız qol vurub. 21 görüşdə 55 xal toplayan “qırmızı-qaralar” çempionatın vahid lideridir. 

Paytaxt regionunda çıxış edən U-14 “Vətən RİOEUGFM”lə heç-heçə edib (0:0) və “Keşlə”yə qalib gəlib – 1:0. 20 oyunda 51 xal toplayan “Qəbələ” bütün rəqiblərini qabaqlayır. U-13 “Sumqayıt” və “Zirə”ni eyni – 2:0 hesabı ilə məğlub edib. 19 görüşdə 47 xal yığan komanda 2-ci pillədə qərarlaşıb.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.

21 yaşlı Arda Gülərlə bağlı ŞOK İDDİA yayıldı – SON DƏQİQƏ

İngiltərənin “Çelsi” klubunun baş məşqçisi təyin olunan Xabi Alonso ilə bağlı transfer iddiaları Avropa futbol gündəmini hərəkətə gətirib. İngiltərə mətbuatında yayılan xəbərlərə görə, ispaniyalı mütəxəssis keçmiş yetirməsi Arda Güləri də Londona gətirmək istəyir.