banner
banner

İdman

Topaz Premyer Liqada III dövrənin son 2 oyunu - Yenilənir

Topaz Premyer Liqada III dövrənin son 2 oyunu

Bu gün Topaz Premyer Liqada 21-ci tura yekun vurulacaq.

Qol.az-ın məlumatına görə, ikinci oyun günündə daha iki görüş keçiriləcək. Günün ilk matçı Qəbələdə baş tutacaq. Roman Qriqorçukun komandası son zamanlar inamlı təsir bağışlayan "Sumqayıt"ı sınağa çəkəcək. Görüş hər iki komanda üçün mühüm əhəmiyyət kəsb edir. 

"Qarabağ" bu tur qələbə qazana bilməyib. Bu səbəbdən də "Qəbələ" qalib gəlməklə liderlər xal fərqini 8-ə endirmiş olacaq. "Sumqayıt" isə 3 xal qazanmaqla nəinki bürünc, hətta gümüş medal qazanmaq şansını da artıracaq. 

Turun son matçında isə "Neftçi" "Səbail"lə üz-üzə gələcək. Avrokuboklar şansını davam etdirən "Neftçi" III dövrənin son matçında qələbəni hədəfləyir. 

2 aprel (bazar ertəsi)

17:00. “Qəbələ” – “Sumqayıt”
Hakimlər: 
İnqilab Məmmədov, Akif Əmirəli, Vüqar Bayramov, Rəvan Həmzəzadə
Qəbələ şəhər stadionu

19:30. “Neftçi” – “Səbail”
Hakimlər: Rauf Cabbarov, Yaşar Abbasov, Azər Əsgərov, Ramil Diniyev
“Bakcell Arena”

1 aprel (bazar)

“Kəpəz” – “Zirə” - 0:0

“Qarabağ” – “Keşlə” - 1:1 


N Klublar O Q H M T-F X
1 Qarabağ 21 15 5 1 31-8 50
2 Qəbələ 20 12 3 5 34-20 39
3 Sumqayıt 20 10 4 6 27-21 34
4 Zirə 21 9 7 5 28-20 34
5 Neftçi 20 8 3 9 24-22 27
6 Səbail 20 5 3 12 14:28 18
7 Keşlə 21 4 5 12 18:33 17
8 Kəpəz 21 3 2 16 13:36 11


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.

21 yaşlı Arda Gülərlə bağlı ŞOK İDDİA yayıldı – SON DƏQİQƏ

İngiltərənin “Çelsi” klubunun baş məşqçisi təyin olunan Xabi Alonso ilə bağlı transfer iddiaları Avropa futbol gündəmini hərəkətə gətirib. İngiltərə mətbuatında yayılan xəbərlərə görə, ispaniyalı mütəxəssis keçmiş yetirməsi Arda Güləri də Londona gətirmək istəyir.