Mədə ağrısı qastrit, mədə xorası və hətta mədə xərçənginə işarə edə bilər.
Bu səbəbdən mədə ağrısına laqeyd yanaşmaq olmaz, vaxt itirmədən qastroenteroloqa müraciət etmək lazımdır.
Mədə ağrısı zamanı ilk yardım kimi antasid preparatlarından (maaloks, almagel və s.) istifadə yaxşı effekt verir. Lakin nəzərə almaq lazımdır ki, bu vasitələr müalicə etmir, yalnız ağrını azaldır. Həmçinin mütəxəssislər bu vasitələrdən uzun müddət ərzində istifadə etməyi tövsiyə etmirlər.
Bəzi sadə və təbii vasitələr də mədə ağrısını azaltmağa kömək edir. Saglamolun.azsizə 5 belə vasitəni təqdim edir:
1. Adi su.
Mədə ağrısı zamanı kiçik qurtumlarla su için. Bu sadə vasitə ağrını azaltmağa kömək edir.
2. Süd.
Süd mədə turşusunu neytrallaşdırır və mədə ağrılarını azaldır.
3. Soda.
Yarım ç.q. sodanı yarım stəkan suda həll edin və için. Soda mədə ağrısını azaldan ən tanınmış vasitədir. Lakin onu da nəzərə alın ki, bu vasitədən tez-tez istifadə fəsadların inkişafına və xəstəliyin daha da ağırlaşmasına səbəb ola bilər.
4. Nişasta.
Nişasta və sudan çox da qatı olmayan "kraxmal" bişirin və bu vasitədən yarım stəkan için. Nişasta da mədənin turşuluğunu azaldır və bununla da ağrıların azalmasına kömək edir.
5. Nanə çayı.
1 ç.q. nanəni 1 fincan isti suda 30 dəqiqə dəmləyin, süzün və kiçik qurtumlarla için. Nanə mədədə spazmı azaldır, xəstənin vəziyyətini yüngülləşdirir.
Soyuqdəymə zamanı bir çox insan burun axıntısından, boğaz ağrısından və digər narahatlıqlardan tez qurtulmaq üçün xalq təbabəti üsullarına müraciət edir. Lakin uşaqlıqdan eşitdiyimiz və illərdir istifadə etdiyimiz bəzi üsullar sağalmağa kömək etmək əvəzinə, vəziyyəti daha da ağırlaşdıra bilər.
Arıqlamaq istəyənlərin, xüsusilə də qarın nahiyəsindəki artıq piylərdən şikayət edənlərin marağına səbəb olan sadə resept mövcuddur. Cəmi 5 inqrediyentdən hazırlanan qatıq qarışımı ara yemək kimi qidalanma rasionuna daxil edilə bilər.
Payızda tez yorulmaq, üşümək və davamlı şirniyyat yemək istəyi bəzən sadəcə gün işığının azalması ilə deyil, sağlamlıq problemləri ilə də bağlı ola bilər.
Beynəlxalq tədqiqat ultra emal olunmuş qidaların qəbulu ilə bağırsaq xərçəngi riski arasında ümumi əlaqə aşkar etməsə də, bəzi qida qruplarının fərqli təsirlərlə əlaqəli olduğunu üzə çıxarıb.
Armud həm dadlı, həm də qida dəyəri yüksək olan meyvələrdən biridir. Tərkibində lif, vitamin və minerallar olduğu üçün sağlamlığa bir sıra faydaları var.
Yatmazdan əvvəl serial izləmək və ya audiokitab dinləmək əvəzinə yağışın, dəniz dalğalarının, meşənin və ya çəmənliyin səslərini dinləmək həm yuxunun keyfiyyətini yaxşılaşdıra, həm də insanın emosional vəziyyətinə müsbət təsir göstərə bilər.
Kardioloq xəbərdarlıq edir ki, həddindən artıq isti və rütubətli hava ürəyin iş yükünü artıraraq infarkt riskini yüksəldə bilər. Xüsusilə yaşlı insanlar, xroniki xəstəliyi olanlar və ürək dərmanları qəbul edən şəxslər yay aylarında daha ehtiyatlı olmalıdırlar.
Britaniyalı ümumi praktika həkimi Əmir Xan əlavə xərc tələb etməyən, lakin fiziki və psixi sağlamlığı yaxşılaşdıra bilən beş səhər vərdişini sadalayıb.