İlker Kasilyas karyerasındakı 1000-ci matçına çıxıb.
Apasport.az saytının məlumatına görə, İspaniya millisinin keçmiş qapıçısı Portuqaliya Premyer Liqasının 28-ci turunda “Porto”nun heyətində “Belenseş”lə oyunda yubileyini rəsmiləşdirib.
Karyerası ərzində sadəcə “Real” və “Porto”da oynamış 37 yaşlı qapıçı İspaniyanın da müxtəlif yaş qruplarından ibarət milli komandalarında forma geyinib.
Maraqlıdır ki, Türkiyə millisinin keçmiş qapıçısı Volkan Dəmirəl də ötən gün yubiley oyunu keçirib. “Çərçivə” qoruyucusu “Kayserspor”la oyunda “Fənərbaxça” forması ilə 500-cü görüşünə çıxıb.
İngiltərənin “Çelsi” klubunun baş məşqçisi təyin olunan Xabi Alonso ilə bağlı transfer iddiaları Avropa futbol gündəmini hərəkətə gətirib. İngiltərə mətbuatında yayılan xəbərlərə görə, ispaniyalı mütəxəssis keçmiş yetirməsi Arda Güləri də Londona gətirmək istəyir.
Bərdə rayonunda "SkyFit" idman zalında yoxlama keçirilib, mənşəyi bilinməyən idman qidaları aşkarlanıb.
Bu barədə Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb