Tanınmış televiziya aparıcısı Kseniya Sobçak Rusiya müxalifətinin nümayəndəsi, tanınmış siyasətçi Boris Nemtsovun qətlindən sonra Tvitter səhifəsində təhdid dolu mesajlar alır. CİA.az-ın anspress-ə istinadən xəbər verir ki, bu barədə "Ukrinform" məlumat yayıb. Bildirilir ki, ona sosial şəbəkə istifadəçiləri belə yazırlar:
"Növbəti dəfə səni dəfn edəcəyik", "Budur, nə sən, nə də o, yazıq deyil", "Sən növbəti hədəfsən, Sobçak. Sənin əziləcəyin günü gözləyirəm!" Məlumatda vurğulanır ki, B.Nemtsovun köməkçisinin sözlərinə görə, mərhum siyasətçi də son zamanlar Ukrayna məsələsində tutduğu mövqe ilə əlaqədar sosial şəbəkələr vasitəsilə belə təhdidlər alırdı. Xatırladaq ki, Boris Nemtsov fevralın 27-də axşam Moskvanın mərkəzində, Böyük Moskva çayı körpüsündə vurulub. Hadisə haqqında daxili işlər naziri Vladimir Kolokolsev prezident Vladimir Putini ətraflı məlumatlandırıb. Bununla bağlı Rusiya Federasiyasının Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət işi açılıb, istintaq gedir.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.