banner
banner

Sosİal

Qar yağacaq

Qar yağacaq

Azərbaycan ərazisində müşahidə olunan qeyri-sabit hava şəraiti sentyabrın ikinci ongünlüyünün sonuna kimi davam edəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor Umayra Tağıyeva APA-ya açıqlamasında deyib ki, ölkə ərazisində havanın temperaturu enib, yaxın 2-3 gün ərzində Bakı və Abşeron yarımadasında günorta saatlarında havanın temperaturu 20-23 dərəcədən yüksək olmayacaq. Bu gün ərzində güclü şimal küləyinin əsəcəyini deyən U. Tağıyeva qeyd edib ki, sabah günün ikinci yarısında-axşama doğru külək bir qədər mülayimləşəcək, şimal-şərq küləyinə keçəcək: “Respublikanın rayonlarında yağıntılar intensiv olacaq, leysan xarakterli yağıntılar gözlənilir. Bakı və Abşeron yarımadasında da yaxın 2 gün ərzində fasilələrlə arabir yağış yağacağı ehtimal olunur”.

U. Tağıyeva vurğulayıb ki, ölkə ərazisində sentyabrın 19-dək hava şəraiti qeyri-sabit keçəcək. Onun sözlərinə görə, küləklə müşahidə olunan ən əlverişsiz dövr isə bu günə təsadüf edəcək və sabah günün ikinci yarısına kimi davam edəcək: “Kəskin hava şəraitinin ən kəskin dövrü bu gün və sabah günortaya kimidir. Çünki həm yağıntı, həm temperaturun enməsi, həm də güclü küləyin əsməsi müşahidə olunacaq. Sabah günün ikinci yarısından güclü küləyin sürəyi bir qədər azalacaq. Amma yağıntılar hələ də gözlənilir. Yaxın 2-3 gün ərzində hava şəraiti yağıntılı və qeyri-sabit keçəcək”

U. Tağıyeva əlavə edib ki, temperaturun enməsi ilə əlaqədar respublikanın əsasən Böyük Qafqazın yüksək dağlıq ərazilərində yağıntıların sulu qar və qara keçəcəyi ehtimal olunur: “Yüksək dağlıq ərazilərdə havanın temperaturu gecə saatlarında mənfi olacaq. Bu səbəbdən sentyabrın 18-i və 19-u gecə saatlarında respublikanın yüksək dağlıq ərazilərində sulu qar və qar yağması gözlənilir”.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.

Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.

Bu şəxslər sənəd ala bilməyəcək - RƏSMİ

Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.