Çempionlar Liqasında 1/4 final mərhələsinin növbəti oyunları keçirilib
Çempionlar Liqasında 1/4 final həyəcanı davam edir. Apasport.az saytının məlumatına görə, bu gün mərhələnin ilk görüşləri çərçivəsində daha iki oyunu keçirilib.
İngiltərə təmsilçiləri “Liverpul” və “Mançester Siti” “Enfild Roud”da münasibətlərinə aydınlıq gətiriblər. İlk 30 dəqiqədə 3 qol vuran meydan sahibləri asan qələbə qazanıblar. Salah, Oksleyd-Çemberleyn və Mane qələbəni təmin edən qollara imza atıblar.
Digər görüşdə “Barselona” “Roma”nı qəbul edib. İtaliya klublarına qarşı keçirdiyi son 12 ev oyununda uduzmayan kataloniyalılar bu dəfə də ənənəyə sadiq qalıblar. 4 qol vuran "Barselona" qarşısında "Roma"nın gücü təsəlli qoluna çatıb.
İngiltərənin “Çelsi” klubunun baş məşqçisi təyin olunan Xabi Alonso ilə bağlı transfer iddiaları Avropa futbol gündəmini hərəkətə gətirib. İngiltərə mətbuatında yayılan xəbərlərə görə, ispaniyalı mütəxəssis keçmiş yetirməsi Arda Güləri də Londona gətirmək istəyir.
Bərdə rayonunda "SkyFit" idman zalında yoxlama keçirilib, mənşəyi bilinməyən idman qidaları aşkarlanıb.
Bu barədə Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb