banner
banner

İdman

“Barselona” qalib gəldi, “Mançester Siti” uduzdu

“Barselona” qalib gəldi, “Mançester Siti” uduzdu

Bu gün Çempionlar Liqasında 1/4 final mərhələsinin ilk oyunlarına yekun vurulub. 

Qol.az-ın məlumatına görə, ikinci oyun günündə daha 2 qarşılaşma keçirilib.

Turnirin favoritlərindən olan “Barselona” öz meydamında “Roma”nı sınağa çəkib. “Qarabağ”la eyni qrupda mübarizə aparmış “Roma”nın çətin səfər oyununda hansı nəticəyə imza atacağı maraqla gözlənilir. Görüş Kataloniya klubunun 4:1 hesablı qələbəsi ilə başa çatıb. Qonaqlar iki avtoqola üzülüb.

Digər görüşdə isə ingilis qarşıdurması olub. “Liverpul” Premyer Liqada çempionluğa yaxın olan “Mançester Siti”ni qəbul edib. Yurgen Kloppun komandası yarım saat ərzində qonaqların qapısından 3 cavabsız qol keçirib. Oyun elə bu hesabla da başa çatıb.



4 aprel

Çempionlar Liqası

1/4 final, ilk oyunlar

22:45. “Liverpul” (İngiltərə) - “Mançester Siti” (İngiltərə) - 3:0 
Qollar: 
Məhəmməd Salah, 12, Aleks-Oksleyd Çemberleyn, 21, Sadio Mane, 31
Baş hakim: Feliks Brix (Almaniya)

22:45. “Barselona” (İspaniya) - “Roma” (İtaliya) - 4:1
Qol:
 De Rossi, 38-avtoqol (1:0), Manolas, 56-avtoqol (2:0), Jerar Pike, 59 (3:0), Dzeko, 80 (3:1),  Suares, 88 (4:1)
Baş hakim: Danni Makiele (Hollandiya)

3 aprel

“Yuventus” (İtaliya) – “Real” (İspaniya) - 0:3 

“Sevilya” (İspaniya) - “Bavariya” (Almaniya) - 1:2



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.

21 yaşlı Arda Gülərlə bağlı ŞOK İDDİA yayıldı – SON DƏQİQƏ

İngiltərənin “Çelsi” klubunun baş məşqçisi təyin olunan Xabi Alonso ilə bağlı transfer iddiaları Avropa futbol gündəmini hərəkətə gətirib. İngiltərə mətbuatında yayılan xəbərlərə görə, ispaniyalı mütəxəssis keçmiş yetirməsi Arda Güləri də Londona gətirmək istəyir.