banner
banner

İdman

Berti Foqts istefa verdi

Berti Foqts istefa verdi

Dünən İsveçrənin Sürix şəhərində AFFA prezidenti Rövnəq Abdullayevlə Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts arasında görüş keçirilib.

CİA.Az AFFA-ya istinadən xəbər verir ki, görüş zamanı Azərbaycan millisinin “Avro-2016”-nın seçmə mərhələsində keçirdiyi oyunlar müzakirə olunub.

B.Foqts təəssüflə bildirib ki, artıq Azərbaycan millisində gələcəyini görmür.

O deyib ki, komanda son oyunda əzmkarlıq göstərməyib. Bundan əlavə, bir neçə ildir dəfələrlə vurğuladığı fiziki hazırlıq problemi hələ də öz həllini tapmayıb və bu çatışmazlığı qısa müddətdə aradan qaldırmaq mümkün deyil.

O, Azərbaycanda 6 il çalışdığını, bəzi oyunlarda azarkeşlərə böyük sevinc bəxş etdiklərini qeyd edib, ötən müddət ərzində rəhbərliyi altında çıxış etmiş futbolçulara biliklərini aşıladığını və bu biliklərin gələcək nəsillərə də ötürüləcəyinə ümid etdiyini söyləyib.

Berti Foqts millini növbəti oyunlara çıxaracaq məşqçi ilə, ehtiyac duyacağı təqdirdə, həm rəqib komandalarla, həm də dəvət etməyi planlaşdırdığı futbolçularla bağlı məlumatları paylaşmağa, tövsiyələrini verməyə hazır olduğunu deyib, peşəkar fəaliyyətinə görə AFFA-ya minnətdarlıq edib, Azərbaycanı ikinci Vətəni saydığını bildirib.

AFFA prezidenti Rövnəq Abdullayev qeyd edib ki, Berti Foqtsa fəaliyyətini davam etdirmək təklif olunub və onun Azərbaycan milli komandasındakı fəaliyyəti AFFA tərəfindən yüksək qiymətləndirilir:

“Foqtsun gördüyü işlər ümumilikdə Azərbaycan futbolunun inkişafına müsbət təsir göstərib. Çox böyük nailiyyət olmasa da, Azərbaycan milli komandası seçmə mərhələlərdə ən böyük göstəriciyə B.Foqtsun rəhbərliyi altında nail olaraq 9 xal toplayıb, millimiz FIFA-nın reytinq cədvəlində 73-cü pilləyə qədər yüksəlib”.

AFFA prezidenti Berti Foqtsa böyük hörmətlə yanaşdıqlarını, gördüyü işlərin hər zaman minnətdarlıqla xatırlanacağını deyib, onun həmişə Azərbaycan futbolunun dostu qalacağını söyləyib.

AFFA-nın vitse-prezidenti Elşad Nəsirov və baş katib Elxan Məmmədov görüşdə iştirak edib.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messinin imzalı forması oğurlandı

Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.

Keyn Messinin rekordunu qırdı

“Bavariya”nın hücumçusu Harri Keyn UEFA Çempionlar Liqasında 30 yaşdan sonra vurulan qolların sayına görə yeni rekord müəyyənləşdirib.

Ronaldodan gözlənilməz qərar

"Əl-Nəsr"in ulduz hücumçusu Kriştiano Ronaldo gələn il Portuqaliya milli komandasına qayıtmağa və yığma forması ilə "son rəqs"ini etməyə hazırlaşır.

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.