Topaz Premyer Liqasının 22-ci turunda "Neftçi" - "Sumqayıt" oyununda maraqlı hadisə baş verib.
Qol.az-ın xəbərinə görə, qonaq komandanın futbolçusu Rəşad Eyubov ikinci hissəsinin gedişində hakimdən icazə alaraq tualetə gedib. Bu üzdən “Sumqayıt” təxminən 3-4 dəqiqə meydanda azlıqda mübarizə aparıb. Lakin onun gecikdiyini görən qonaq komandanın məşqçilər korpusu Eyubovun əvəzində meydana Ülvi İsgəndərovu buraxıb. İsgəndərov meydana girən anda geri dönən Eyubov isə ehtiyat oyunçular skamyasına göndərilib. R.Eyyubov jurnalistlərə açıqlamasında faktı təsdiqləyib.
Qeyd edək ki, bir neçə gün öncə İspaniya La Liqası çərçivəsində Madrid "Real"ının kapitanı Serxio Ramos da eyni hərəkətlə gündəmə gəlmişdi.
İngiltərənin “Çelsi” klubunun baş məşqçisi təyin olunan Xabi Alonso ilə bağlı transfer iddiaları Avropa futbol gündəmini hərəkətə gətirib. İngiltərə mətbuatında yayılan xəbərlərə görə, ispaniyalı mütəxəssis keçmiş yetirməsi Arda Güləri də Londona gətirmək istəyir.
Bərdə rayonunda "SkyFit" idman zalında yoxlama keçirilib, mənşəyi bilinməyən idman qidaları aşkarlanıb.
Bu barədə Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb