banner
banner

Krİmİnal

Nardaran sakinindən silah götürülüb

Nardaran sakinindən silah götürülüb

Daxili işlər orqanları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkar edilərək götürülməsi, eyni zamanda könüllü təhvil verilməsi məqsədi ilə əməliyyat-axtarış və profilaktiki tədbirlər davam etdirilir. Lent.az nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, aprelin 8-də əldə edilmiş məlumatlar əsasında bu istiqamətdə həyata keçirilən uğurlu əməliyyat-axtarış tədbirləri nəticəsində Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinin əməkdaşları Bakı şəhər sakini Mikayıl Qafarovdan 1 ədəd pnevmatik tapança, 4 ədəd patron və 1 ədəd patron darağı, 42-ci Polis Bölməsinin əməkdaşları Nardaran qəsəbə sakini, əvvəllər məhkum olunmuş Fəxrəddin Hacıyevin evindən 1 ədəd nömrəsi silinmiş yivli odlu silah, süngülü karabin kəsiyi (obrez), 1 ədəd pnevmatik tapança, 2 ədəd “F-1” qumbarası, avtomata məxsus süngü bıçaq və 65 ədəd müxtəlif çaplı patron, Astara Rayon Polis Şöbəsinin əməkdaşları Ağ körpü kənd sakini İsfəndiyar Hüseynovun yaşadığı evdən 1 ədəd lüləsi kəsilmiş ov tüfəngi aşkar edərək götürüblər.

Saxlanılan şəxslər götürülmüş maddi sübutlarla birgə istintaqa təhvil veriliblər.

Faktlarla bağlı cinayət işləri başlanılıb, araşdırmalar aparılır.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

İcra başçısının qardaşı oğlu: “Anamı qan içində görəndən sonra atamı öldürməyə qərar verdim”

Ötən ilin yayında Kürdəmirin Pirəköcə kəndində atasını ov tüfəngi ilə öldürən 24 yaşlı Azay Qaraşova 1 ay əvvəl 10 il həbs cəzası verildi. Lakin hadisənin dəqiq necə və hansı səbəbdən baş verməsi barədə nə ilkin istintaq, nə də məhkəmə dövründə məlumat yayılmasına imkan verildi. İşə baxan hakimlər belə qənaətə gəlmişdilər ki, məhkəmə baxışı media üçün qapalı keçirilməlidir. Yayılan məlumat isə sadəcə bu oldu: “Azay Qaraşov atasını öldürməkdə təqsirli bilinərək 10 il azadlıqdan məhrum edildi”.

İşıqpuluna görə qardaşını öldürdü - TƏFƏRRÜAT

2021-ci il martın 19-na keçən gecə Bakının Nəsimi rayonu Namiq Məlikov küçəsində qətl hadisəsi olur. Daxil olan məlumat əsasında ərazi üzrə rayon Polis İdarəsinin 20-ci Polis Bölməsinin əməkdaşları qeyd olunan ünvanda 1968-ci il təvəllüdlü Etibar Camalovun üzərində bıçaq xəsarətləri olan meyitini tapıblar. Hadisə zamanı yaralanan 1969-cu il təvəllüdlü Elçin Camalov Kliniki Tibbi Mərkəzə yerləşdirilib və həyatı xilas edilib.

Gömrükçülər 21 kiloqramdan artıq heroin aşkar edib

Naxçıvan Baş Gömrük İdarəsinin “Şahtaxtı” gömrük postu vasitəsilə İrandan gələrək Azərbaycan ərazisindən tranzit keçməklə Avstriyaya gedən yük nəqliyyat vasitəsi gömrük nəzarəti xəttində yoxlanılıb.