"Barselona"nın futbolçusu Lionel Messi BMT-nin Ümumdünya Turizm Təşkilatının səfiri təyin olunub. Təşkilatın baş katibi Zurab Pololikaşvili La Liqanın 31-ci turunda keçirilən "Barselona" - "Leqanes" (3:1) matçından sonra "Nou Kamp" stadionunda argentinalı hücumçunun yeni vəzifəsini açıqlayıb. Qeyd edək ki, "Real"ın keçmiş futbolusu Fernando Yerro və İspaniya millisinin sabiq baş məşqçisi Visente del Boske də BMT-nin Ümumdünya Turizm Təşkilatında işləyirlər.
İngiltərənin “Çelsi” klubunun baş məşqçisi təyin olunan Xabi Alonso ilə bağlı transfer iddiaları Avropa futbol gündəmini hərəkətə gətirib. İngiltərə mətbuatında yayılan xəbərlərə görə, ispaniyalı mütəxəssis keçmiş yetirməsi Arda Güləri də Londona gətirmək istəyir.
Bərdə rayonunda "SkyFit" idman zalında yoxlama keçirilib, mənşəyi bilinməyən idman qidaları aşkarlanıb.
Bu barədə Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb