banner
banner

Sosİal

VI Könüllülük Proqramına start verilib

VI Könüllülük Proqramına start verilib

Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən həyata keçirilən VI Könüllülük Proqramı çərçivəsində 25 nəfər könüllü fəaliyyətə başlayıb.

İdarədən Trend-ə verilən məlumata görə, müsahibədən uğurla keçən şəxslər BŞTİ-də 3 ay təcrübə keçəcəklər. Könüllü kimi fəaliyyətə başlayan gənclərə proqramın sonunda BŞTİ tərəfindən müvafiq arayış veriləcək.

 

VI Könüllülük Proqramında iştirak etmək üçün 100-ə yaxın könüllü elektron ([email protected])qaydada sənəd verib. Onlardan müvafiq meyarlar əsasında 54 nəfər müsahibəyə çağırılıb və 25 nəfər müsahibədən müsbət nəticə əldə edib. Seçimlərin nəticələrinə uyğun olaraq, 25 nəfər BŞTİ–nin müvafiq struktur bölmələrində fəaliyyətə başlayıb.

Qeyd edək ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsi artıq 5 ildir ki, könüllü əsaslarla çalışmaq arzusunda olan gənclərlə əməkdaşlıq edir. İndiyədək BŞTİ tərəfindən həyata keçirilmiş ilk Könüllülük Proqramında 15, II Könüllülük Proqramında 26, III Könüllülük Proqramında 35, IV Könüllülük Proqramında 42, V Könüllülük Proqramında isə 29 nəfər müxtəlif sektorlarda, xidmət bölmələrində və Təlimə Dəstək Mərkəzində fəaliyyət göstəriblər. Onlardan 19 nəfəri hazırda BŞTİ-nin əməkdaşıdır.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.

Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.