banner
banner

Gündəm

Tibbi turizm sahəsində Alman-Azərbaycan əməkdaşlığı genişlənir

Tibbi turizm sahəsində Alman-Azərbaycan əməkdaşlığı genişlənir

Alman-Azərbaycan Xarici Ticarət Palatası (AHK Azərbaycan) Hyatt Konfrans Mərkəzində Tibbi Turizm üzrə Alman-Azərbaycan Biznes Forumunu keçirib.

Palatadan Trend-ə verilən məlumata görə, Biznes Forum Berlin şəhərinin kardiologiya, neyrocərrahiyyə və onkologiya üzrə ixtisaslaşan klinikaların nümayəndə heyətinin Azərbaycana səfəri ilə əlaqədar olaraq “Berlin Biznes və Texnologiya Tərəfdaşı” GmbH ilə əməkdaşlıq çərçivəsində təşkil edilib.

Tədbirin rəsmi açılışı AHK Azərbaycanın icraçı direktoru Tobias Baumann tərəfindən edilib. Forum haqqında qısa məlumat verildikdən sonra Almaniya səfirliyinin iqtisadi attaşesi Hayke Mökel tibbi turizm sahəsində Almaniya və Azərbaycan arasında əməkdaşlıq imkanları haqqında çıxış edib və Almaniyanın azərbaycanlı həmkarları ilə öz bilik və təcrübəsini paylaşmağa hazır olduğunu qeyd edib. AHK Azərbaycanın İdarə Heyətinin üzvü və Səhhət klinikasının direktoru Malik Kərimov Almaniyanın səhiyyə sistemində Azərbaycana göstərdiyi dəstək, eləcə də alman şirkətləri ilə həyata keçirilən birgə layihələr və Təcrübəli Ekspertlər Xidməti (SES) barədə çıxış edib.

 

Forumun rəsmi açılışından sonra Azərbaycan Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin direktoru Ceyhun Məmmədov iştirakçılara tibbi turizm sektorunda Azərbaycanda həyata keçirilən mövcud islahatlar, dövlət proqramları və gələcək layihələr barədə məlumat verib. C.Məmmədov bu forumun Azərbaycanın xarici turistlər üçün tibbi turizm məkanına çevrilməsinə öz töhfəsini verəcəyinə dair əminliyini ifadə edib.

Daha sonra Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasının sədri Ruslan Quliyev tibbi turizm sahəsində Alman-Azərbaycan əməkdaşlığına dair imkanlar barədə təqdimat edib. O, həmçinin Assosiasiyanın AHK Azərbaycanın bu sahədə gördüyü işləri dəstəkləməyə hazır olduğunu bildirib.

Forum Almaniyanın nümayəndə heyətinin Alman klinikaları və tibb müəssisələrinin fəaliyyətləri, həmçinin səhiyyədə rəqəmsal texnologiyaların tətbiqi ilə bağlı Azərbaycanlı tərəfdaşlara verdiyi təqdimat ilə davam edib. Tədbirin sonunda tibbi turizm sektorunda fəaliyyət göstərən Alman və Azərbaycan şirkətləri arasında ikitərəfli biznes görüşləri keçirilib.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

SON DƏQİQƏ! Ordumuzun bölmələri ehtiyat və təyinat rayonlarına çıxarıldı

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun 2024-cü il üçün təsdiq etdiyi hazırlıq planına əsasən, Azərbaycan Ordusunda keçirilən komanda-qərargah təlimləri başa çatıb. Müdafiə Nazirliyindən Musavat.com-a bildirilib ki, ssenariyə uyğun olaraq, müxtəlif dərəcəli döyüşə hazırolma vəziyyətinə gətirilən təlimlərə cəlb olunan bölmələr ehtiyat və təyinat rayonlarına çıxarılıb, idarəetmə orqanlarının ərazidə açılması və maskalanması təmin olunub. Təlimlərdə müxtəlif tapşırıqların icrası üzrə fəaliyyətlər xəritə üzərində dəqiqləşdirilib, yaranmış taktiki şəraitə əsasən, qəbul edilmiş qərarlara dair komandirlərin məruzələri dinlənilib. "Komanda-qərargah təlimləri zamanı qarşıya qoyulan bütün tapşırıqlar müvəffəqiyyətlə icra olunub. Komandir heyətinin çevik qərar qəbuletmə bacarıqlarının, qərargahların qarşılıqlı fəaliyyətinin, eləcə də onların mürəkkəb şəraitlərdə döyüş tapşırıqlarını idarəetmə qabiliyyətlərinin daha da təkmilləşdirilməsi məqsədilə keçirilən təlimlərdə hərbi qulluqçular yüksək peşəkarlıq və əzm nümayiş etdiriblər", - məlumatda vurğulanıb. Musavat.com

Həbsdə olan generalın cinayət işi: Pulları kimə verib?

Xəbər verdiyimiz kimi, Naxçıvan Muxtar Respublikası Penitensiar Xidmətinin sabiq rəisi general-mayor Tofiq Həsənov Naxçıvan Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə külli miqdarda rüşvət almaqda təqsirli bilinərək 10 il azadlıqdan məhrum edilib.

Azərbaycanın ilk ombudsmanı vəfat etdi

Qeyd edək ki, Elmira Teymur qızı Süleymanova 17 iyul 1937-ci ildə Bakı şəhərində anadan olub. Kimya elmləri doktoru, (1980), professor (1981), Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü olub. E.Süleymanova 2002-2019-cu illərdə Azərbaycanın İnsan Hüquqları üzrə müvəkkili (Ombudsman) vəzifəsini tutub.