Meksikanın Azərbaycandakı səfirliyinin təşkilati dəstəyi ilə aprelin 16-dan 19-dək Bakıda ilk Latın Amerikası Kinofestivalı keçiriləcək.
Axşam.az xəbər verir ki, festival çərçivəsində filmlər “Park Cinema” (“Flame Towers”) kinoteatrında, “Landmark” kompleksinin kino zallarında, həmçinin Azərbaycan Dillər Universitetinin binasında nümayiş etdiriləcək.
Kinofestivalın keçirilməsində əsas məqsəd Azərbaycan tamaşaçılarını Latın Amerikası ölkələrinin mədəniyyəti və ənənələri, xüsusilə kinematoqrafiya tarixi və istiqamətləri ilə yaxından tanış etməkdir. Festival çərçivəsində Argentina, Braziliya, Kolumbiya, Kosta Rika, Kuba, Peru və Meksika istehsalı olan yeddi ekran əsəri təqdim ediləcək. Filmlər ingilis dilində subtitrlər ilə ispan və portuqal dillərində göstəriləcək. Bütün seanslara giriş sərbəstdir.
Meksika səfirliyinin məlumatında deyilir: “Latın Amerikası ölkələrinin zəngin mədəni irsi var. Yeni ictimai cərəyanların qədim adət-ənənələrlə uzunmüddətli sintezi prosesi öz əksini regionun istər mədəni və qastronomik rəngarəngliyində, istərsə də tarixi və linqvistik zənginliyində tapıb”.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.