Dünyaşöhrətli italyan ulduzu Monika Belluççi 53 yaşına rəğmən cavan qalmasının sirrini bölüşüb.
Axşam.az xarici KİV-ə istinadən aktrisanın gözəlliyinin 8 sirri haqda məlumat verir:
1. Arzuolunan idman: “Mən hər gün idmanla məşğul olmağı sevmirəm. Onsuz da arıq olmayacam. Bədən quruluşum belədir. Amma sağlamlıq üçün idman vacibdir”.
2. Nə ac qalmaq olmaz, nə də çox yemək - Monika dadlı yeməkləri sevir. Heç vaxt dieta saxlamır. Amma çox da yemir. Əgər arıqlamaq lazım gəlirsə, onda bir müddət tərəvəz və balıqla qidalanır.
3. Şirniyyatsız olmaz – italiyalı biri kimi Monika da şokoladı, tortu çox sevir. Onun bədən quruluşuna baxanda bunu demək olmaz, amma sənətçi şərabla şokoladı çox sevir.
4. Su – bir çox qadınlar kimi Belluçi də hesab edir ki, çoxlu su içmək gözəlliyin əsas əlamətidir.
5. Dəriyə qulluq – Monika gününü soyuq duş qəbul etməklə başlayır. Daha sonra dərisinə nəmləndirici krem vurur. Aktrisanın sözlərinə görə, o, makiyaj üçün aldığı ləvazimatlara xüsusi diqqət yetirir. Dərisinin parlaq görünməsi üçün əlindən gələni edir.
6. Saç – aktrisa saçlarını həftədə 2 dəfə yuyur. Saçlarının zədələnməməsi üçün fendən istifadə etmir, əvəzində saçının parlaq olması üçün ona zeytun yağı vurur.
7. Qara rəng – Monika düşünür ki, bu rəng qadını həm zərif göstərir, həm də cazibədar.
8. Özünü olduğu kimi qəbul etmək: “Cavan qızlara da həmişə məsləhət görürəm ki, özlərini sevsinlər və olduğu kimi qəbul etsinlər. Əsas o deyil ki, sən arıq olasan. Kök olub, seksual görünə bilərsən. Əsas odur ki, bədənini sevə biləsən və onu sevdirəsən”.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.