UEFA PSJ-nin sponsorluq müqavilələrindəki pozuntuları araşdırır
UEFA Fransa PSJ-sinin sponsorluq müqavilələrindəki mümkün pozuntuları araşdırır.
"Report"un "The Financial Times" nəşrinə istinadən məlumatına görə, Paris klubu sponsor gəlirləri barədə 200 milyon avro məbləğində şişirdilmiş rəqəm təqdim edib.
Bu vəsait ötən yay Neymarın İspaniya "Barselona"sından və Kilian Mbappenin Fransa "Monako"sundan transferinə sərf olunub. Onlar müvafiq olaraq, 222 milyon avro və 200 milyon avroya alınıblar. UEFA PSJ-nin sponsor anlaşmalarını yoxlamasını "Octagon" şirkətinə həvalə edib. Qurum məsələ ilə bağlı yekun qərarı maliyyə ili yekunlaşdıqdan sonra verəcək.
Maliyyə feyr-pleyi qaydalarının pozulduğu təsdiqlənsə, Fransa klubu böyük məbləğdə cərimələnə və ya Çempionlar Liqasında iştirakdan kənarlaşdırıla bilər.
Qeyd edək ki, bu mövsüm PSJ-ni Avropanın ən nüfuzlu klub turnirinin 1/8 finalında İspaniya "Real Madrid"i üstələyib.
İngiltərənin “Çelsi” klubunun baş məşqçisi təyin olunan Xabi Alonso ilə bağlı transfer iddiaları Avropa futbol gündəmini hərəkətə gətirib. İngiltərə mətbuatında yayılan xəbərlərə görə, ispaniyalı mütəxəssis keçmiş yetirməsi Arda Güləri də Londona gətirmək istəyir.
Bərdə rayonunda "SkyFit" idman zalında yoxlama keçirilib, mənşəyi bilinməyən idman qidaları aşkarlanıb.
Bu barədə Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb