“Atletiko” rəhbərliyi mövsümün sonunda “Barselona”ya keçəcəyi gözlənilən Antuan Qrizmannı komandada saxlamaq istəyir. Qol.az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, Madrid təmsilçisi bunun üçün futbolçunun müqavilə şərtlərini yaxşılaşdırmağa hazırdır. İlk növbədə 27 yaşlı futbolçunun gəliri artırılacaq. Əgər fransız oyunçu “Atletiko”da qalmağa razılıq versə, illik qazancı 20 milyon avro olacaq.
Qeyd edək ki, bir müddət öncə Qrizmannın “Barselona” ilə anlaşdığı xəbəri yayılsa da, futbolçu yaxın günlərdə mətbuata verdiyi açıqlamada məlumatı təkzib etmişdi
İngiltərənin “Çelsi” klubunun baş məşqçisi təyin olunan Xabi Alonso ilə bağlı transfer iddiaları Avropa futbol gündəmini hərəkətə gətirib. İngiltərə mətbuatında yayılan xəbərlərə görə, ispaniyalı mütəxəssis keçmiş yetirməsi Arda Güləri də Londona gətirmək istəyir.
Bərdə rayonunda "SkyFit" idman zalında yoxlama keçirilib, mənşəyi bilinməyən idman qidaları aşkarlanıb.
Bu barədə Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb