banner
banner

Gündəm

Türkiyədə erməniləri ifşa edən möhtəşəm kitab

Türkiyədə erməniləri ifşa edən möhtəşəm kitab

ONN media xəbər verir ki, 13 aprel 2018 – ci il, saat 12.00 – da Beynəlxalq Mətbuat Mərkəzində (BMM) “TURAN ARAŞDIRMA MƏRKƏZİ” İB-nin təşkilatçılığı, ONN və Olaylar İnformasiya Agentliklərinin dəstəyi ilə Türkiyədə yaşayan həmyerlimiz, içtimai siyasi xadim, tanınmış tarixçi, Türkiyədə ilk dəfə “Xocalı Soyqırımı” adlı dissertasiyaya elmi rəhbərlik etmiş Türk dünyasının dəyərli ziyalısı professor Aygün Attarın “Erməniçilik müasir dövrün böyük problemi kimi” yeni əsərinin təqdimatı və tarixsevərlərlə görüşü keçiriləcək.

Kitabı 2017-ci il iyunun 4-də Ermənistan silahlı qüvvələri tərəfindən qətlə yetirilmiş 2 yaşlı Zəhraya, Xocalı soyqırımında qətl edilən 83 uşağa və 31 mart 1918-ci ildə Bakıda erməni terrorçuları tərəfindən işgəncələrlə çarmıxa çəkilən 57 qadına ithafla başlanır.

Əsərdə 1917-ci ildə çar Rusiyasında baş vermiş bolşevik inqilabının Qafqaza, o cümlədən Azərbaycanın ictimai-siyasi həyatına təsiri, bolşeviklərin ermənilərdən Azərbaycana qarşı istifadə etmələri, saxta “erməni məsələsi”nin siyasi mahiyyəti, ermənilərin Azərbaycan torpaqlarına məqsədli şəkildə köçürülməsinin bütövlükdə Qafqaz bölgəsi üçün yaratdığı fəsadlar, XX əsrin əvvəllərində Anadolu bölgəsində erməni silahlı dəstələrinin insanlığa qarşı törətdiyi ağır cinayətlər, onların Azərbaycan və Türkiyədə törətdikləri soyqırımlar, azərbaycanlıların dəfələrlə deportasiya edilməsinin mahiyyəti, hazırda ölkəmizə qarşı davam etdirilən işğalçılıq siyasəti və digər məsələlərdən bəhs olunur.

Əsərdə, həmçinin Zəngəzurun Ermənistana birləşdirilməsi, erməni daşnaklarının Azərbaycanda törətdikləri 1918-ci ilin mart soyqırımı, habelə 1990-cı ilin 20 Yanvar faciəsi və Xocalı soyqırımının səbəb və nəticələri müfəssəl olaraq bir-birinə bağlı hadisələr kimi təhlil olunub. Müəllif saxta “Böyük Ermənistan” iddiasının ortaya çıxardığı “erməniçilik” missiyasının sülhsevər dünya üçün böyük təhlükə olduğunu tarixi faktlar və məntiqi mülahizələrlə əsaslandırıb.

Əsər, həmçinin saxta “erməni məsələsi”nin Türkiyə üçün yaratdığı böyük təhlükələr mövzusunda məqalə və press-relizlərin hazırlanması baxımından, erməni din xadimləri və millətçi dairələrindən qaynaqlanaraq ortaya çıxarılan əsassız iddialara qarşı dəyərli elmi vəsaitdir.

Bütün arzu edənlər dəvətlidir.

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.