Aktyor Leonardo Di Kaprio yeni çəkiləcək "Rumi" filmindən çıxarılıb.
Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, filmdə Mövlana obrazını canlandırılacağı deyilən aktyorun yerinə istehsalçılar müsəlman birinin çəkilməyini tələb ediblər.
Amerikadakı müsəlman məşhurlar arasında araşdırma aparan istehsalçılar Pakistan əsilli ingilis müğənni Zeyn Malikin üzərində dayanıblar.
Zeynin də təklifi müsbət dəyərləndirəcəyi bildirilir.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.