banner
banner

İdman

Avroliqada yarımfinalçılar müəyyənləşdi

Avroliqada yarımfinalçılar müəyyənləşdi

Bu gün Avropa Liqasında 1/4 finalın cavab matçları keçirilib.

Qol.az-ın məlumatına görə, oynanılan 4 görüşlə yarımfinala yüksələn komandalar müəyyənləşib.

“Arsenal” Rusiyada MOİK-in qonağı olub. Londonda keçirilən ilk görüşdə 4:1 hesablı qələbə qazanan Arsen Vengerin komandası səfərdə heç-heçəyə nail olmaqla növbəti mərhələyə adlayıb.

Çempionlar Liqasında “Qarabağ”la eyni qrupda mübarizə aparmış “Atletiko” səfərdə “Sportinq”lə qarşılaşıb. Madrid klubu ilk oyunda 2:0 hesabı ilə qalib gəlib. Buna görə də cavab matçında 0:1 hesablı yenilgiyə baxmayaraq, mübarizəni davam etdirmək hüququ qazanıb.

“Zalsburq” öz meydanında “Latsio”nu qəbul edib. İtaliyada keçirilən ilk görüşdə Roma təmsilçisi 4:2 hesablı qələbəyə sevinib. Cavab matçında gözlənilmədən 1:4 hesablı məğlubiyyətlə üzləşən "Latsio" yarımfinaldan kənarda qalıb.

Digər görüşdə isə “Marsel” “Leyptsiq”i qəbul edib. Almaniya klubu ilk görüşdə 1:0 hesablı qələbə qazandığından səfərə üstün durumda yollansa da, fransızlar 5:2 hesablı qələbə sayəsində növbəti mərhələyə adlayıblar.
  

12 aprel

Avropa Liqası

1/4 finalın cavab oyunları

MOİK (Rusiya) - “Arsenal” (İngiltərə) - 2:2
Qollar: 
Çalov, 39 (1:0), Nabubkin, 58 (2:0), Uelbek, 75 (2:1), Remzi, 90+2 (2:2)
İlk oyun - 1:4

 

“Zalsburq” (Avstriya) - “Latsio” (İtaliya) - 4:1 
Qollar:
 İmmobile, 55 (0:1), Dabbur, 56 (1:1), Haidara, 72 (2:1), Hee-Chan, 74 (3:1), Lainer, 76 (4:1)
İlk oyun - 2:4

“Sportinq” (Portuqaliya) - “Atletiko” (İspaniya) - 1:0 
Qol: 
Montero, 28
İlk oyun - 0:2

“Marsel” (Fransa) - “Leyptsiq” (Almaniya) - 5:2 
Qollar: Bruma, 2 (0:1), Stefan İlsanker, 6-avtoqol (1:1), Sarr, 9 (2:1), Thauvin, 38 (3:1), Auqustin, 55 (3:2), Payet, 60 (4:2), Sakai. 90+4 (5:2)
İlk oyun – 0:1

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.

21 yaşlı Arda Gülərlə bağlı ŞOK İDDİA yayıldı – SON DƏQİQƏ

İngiltərənin “Çelsi” klubunun baş məşqçisi təyin olunan Xabi Alonso ilə bağlı transfer iddiaları Avropa futbol gündəmini hərəkətə gətirib. İngiltərə mətbuatında yayılan xəbərlərə görə, ispaniyalı mütəxəssis keçmiş yetirməsi Arda Güləri də Londona gətirmək istəyir.