“Türk Hava Yolları”na (THY) məxsus sərnişin təyyarələrindən biri qəza keçirib.
ANS PRESS-in məlumatına görə, THY-yə məxsus “Airbus A330” tipli İstanbul-Katmandu səfərini həyata keçirən sərnişin təyyarələsi Katmandu hava limanına eniş etdikdən sonra uçuş zolağından çıxıb. Qəzada sərnişinlərdən biri yaralanıb.
Xəsarət alan sərnişin xəstəxanaya aparılıb. Hadisə zamanı ciddi mənada yaralanma olmasa da bəzi sərnişinlərə tibbi yardımın göstərildiyi bildirilir.
Məsələ ilə bağlı THY-nin mətbuat nümayəndəsi Əli Gənc rəsmi tvitter səhifəsindən açıqlama yayıb: “Sərnişinlərimiz və uçuş qrupumuz təhlükəsiz bir şəkildə təxliyə edilərək terminala aparılıb. Hadisə zamanı bir sərnişinimiz isə yüngül xəsarət alıb. Təyyarənin olduğu yerdən kənara çəkilməsi üçün lazımi tədbirlər görülüb. Hadisənin necə baş veridyi isə aparılan araşdırmalardan sonra bilinəcək”.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.
BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.