Ağ evin adı çəkilməyən məmuru İsrailin baş naziri Binyamin Netanyahunu emosiyalara qapılaraq siyasi səbirsizlik göstərməkdə günahlandırıb.
İsrail baş naziri Binyamin Netanyahu ABŞ konqressi qarşısında çıxışı zamanı nüvə probleminin həlli barədə heç bir alternativ variant təklif etməyib.
ANS PRESS-in məlumatına görə, bu sözləri ağ ev rəsmisinin sitatından qərb mətbuatı önə sürüb.
“İrandan sadəcə kapitulyasiya tələb etmək; bu plan deyil və heç bir hökümət bizi belə mövqe tutduğumuza görə dəstəkləyə bilməz. Baş nazir konkret fəaliyyət planı irəli sürmədi”- deyə jurnalistlərin həmsöhbəti bildirib.
O qeyd edib ki, Netanyahunun çıxışı “(İranda) nüvə probleminin həllinin vacibliyinə yox, rejimin dəyişilməsinin vacibliyinə” yönəlib.
Qeyd edək ki, daha əvvəl Vaşinqtonda çıxışı zamanı Netanyahu bildirib ki, “altılıq” ölkələr və İran danışıqları onun xoşuna gəlmir. Konqresdə alqışlansa da Netanyahunun təhrifçi və Amerikanı müharibəyə sürükləmək istəyi ölkədə birmənalı qarşılanmayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.
BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.