banner
banner

Sosİal

Azərbaycan təhsilində ilk!

Azərbaycan təhsilində ilk!

Azərbaycan təhsil sistemındə ilk dəfə olaraq Azərbaycan Dövlət Neft Sənaye Universitetinin Biznesin idarə olunması-BA (MBA,BBA,ZU) Proqramları üzrə 5 ixtisas Beynəlxalq Akkreditasiya Agentliyi olan FIBAA (Foundation for International Business Administration Accreditation) tərəfindən akkreditasiya olunmuşdur:

-Business Informatics (B.Sc)

-Computer Engineering (B.Sc.)

-Industrial Engineering (B.Sc.)

-Computer Information Systems (MBA)

 

-Operations Management (MBA)

1994-cü ildə Almaniyanın Bonn şəhərində yaradılmış FİBAA Almaniya Akkreditasiya Şurası (German Accreditation Council) tərəfindən qəbul olunan ilk akkreditasiya agentliyidir. Bu agentliyin əsas prinsipi keyfiyyətin təkmilləşdirilməsi, təhsilin Avropa və Beynəlxalq standardlara uyğunluğunun təmin edilməsidir. Cari ilin 24-26 oktyabr tarixlərində Azərbaycanda ilk dəfə olaraq BA Proqramlarında FİBAA -nın nümayəndə heyəti tərəfindən Beynəlxalq Akkreditasiya yoxlanılması keçirildi. Nümayəndə heyəti arasında Erfurt, Albştad–Ziqmaringen,Osnabrük kimi nüfuzlu universitetlərin professorları vardı.

ADNSU-dan Trend-də verilən məlumata görə, bu yoxlama zamanı Proqramda tədrisin bütün strukturları, bütün tədris materialları, dərs vəsaitləri, kurrikulumlar, sillabuslar və s. hərtərəfli yoxlanıldı. İnzibati heyət, professor-müəllim heyəti, tələbələrlə, məzunlarla görüşlər keçirildi, geniş müzakirələr aparıldı. Sonrasında davam edən prosedurlar nəticəsində BA Proqramlarında yuxarıda adları çəkilən 5 ixtisas akkreditasiya qazandı. Bu uğur ən yeni tədris metodologiyaları, texniki vəsaitlər, ingilis dilində yüksək səviyyəli təhsilə əsaslanan BA Proqramlarının təhsil standartlarının Avropa və beynəlxalq standatlara uyğun olmasının ən aydın göstəricisidir.

Proqramların keyfiyyəti və universitetdə yaradılmış təlim-tədris mühiti tələbələrin ADNSU-ya diqqətini artırır. Proqramlar həm təhsil, həm də əmək bazarı ilə rəqabət apara bilmək qabiliyyətinə malikdir. Proqram tələbələrə zəruri nəzəri və metodoloji bilikləri və eyni zamanda gələcək uğurlu karyera üçün vacib olan əsas xüsusiyyətləri verir.

Proqramları tam qiymətləndirdikdən sonra FİBAA belə qənaətə gəlmişdir ki, ADNSU-nun BA Proqramlarının inkişafı üçün müəyyənləşdirilmiş keyfiyyət hədəfləri vardır və onların icrasını müntəzəm olaraq qiymətləndirir. Onun keyfiyyətə təminat sistemi davamlı keyfiyyətin təmin edilməsi və təşkilatın təkmilləşdirilməsi üçün hərtərəfli şəkildə tətbiq edilirr. Eyni zamanda sistematik şəkildə proqramların keyfiyyətinə davamlı nəzarət və monitorinq üçün istifadə edilən inkişaf prosedurları da mövcuddur.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.

Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.

Bu şəxslər sənəd ala bilməyəcək - RƏSMİ

Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.