banner
banner

Gündəm

Əbülfəs Qarayev iş adamlarına:

Əbülfəs Qarayev iş adamlarına:

Mədəniyyət və turizm naziri səlahiyyətlərini icra edən Əbülfəs Qarayev inşaat sahsində çalışan sahibkarlardan tikinti aparılan ərazilərdə tarixi abidələrə diqqətli yanaşmağa çağırıb.

Trend-in məlumatına görə, Ə.Qarayev bu çağırışını Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü münasibətilə keçirilən “Milli irs mükafatı”nın təqdimetmə mərasimində çıxışı zamanı edib.

Ə.Qarayev deyib ki, bəzən tarixi mirasa laqeyd və hörmətsiz yanaşan insanlar olur: "Mən bütün biznes nümayəndələrindən, inşaatçılardan artıq dərəcədə xahiş etmək istəyirəm ki, hər hansı yeni inşaat prosesini həyata keçirəndə tarixi abidələri nəzərə alsınlar. Üzümü o insanlara tuturam ki, yeni inşaat işləri aparanda, yeni layihə həyata keçirəndə mütləq və mütləq düşünün ki, sizin tikinti aparmağı nəzərdə tutduğunuz məkanda vaxtilə hansısa böyük memarlar, böyük inşaatçılar əziyyət çəkiblər. Onların dağıdılmasına imkan verməyin. Siz öz əməyinizlə keçmişə hörmətlə yanaşmalısınız. Əgər bu nəzərə alınmasa, siz də bu aqibəti yaşaya bilərsiniz. Sizin tikdiyiniz bu abidələr 200 il sonra dağıdıla bilər”.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.