banner
banner

Gündəm

Natiq Əfəndiyev vəfat etdi

Natiq Əfəndiyev vəfat etdi

Gəncə şəhər Polis İdarəsinin sabiq rəisi, iki dəfə məhbus həyatı yaşamış Natiq Əfəndiyev vəfat edib. 

Bu barədə Xural.com-a daxil olan məlumatda bildirilir ki, Natiq Əfəndiyev Gəncə şəhərində dünyasını dəyişib.

N.Əfəndiyev ilk dəfə 2000-ci ilin yanvar ayında həbs olunub. O, 1994-cü ildə baş vermiş dövlət çevrilişində ittiham olunaraq ömürlük azadlıqdan məhrum edilib. Sabiq polis rəisi Avropa Şurasının tanıdığı ilk siyasi məhbuslardandır. 2005-ci ilin mart ayında əfv fərmanı ilə azadlığa çıxan N.Əfəndiyev bir neçə aydan sonra yenidən həbs olunmuşdu.

2005-ci ildə həbs olunan zaman dövlət çevrilişinə cəhd ittihamı verilsə də, sonradan onun ittihamı başqa bir maddə – qanunsuz silah saxlama ilə əvəzlənmişdi. O, ikinci həbsi zamanı da siyasi məhbus kimi tanınmışdı. N.Əfəndiyev 5 il həbs həbs cəzası çəkdikdən sonra, 2010-cu ildə azadlığa çıxmışdı.

2014-cü ildə Avropa İnsan Haqları Məhkəməsi Natiq Əfəndiyevin şikayətinə əsasən, Avropa Konvensiyanın “ədalətli məhkəmə araşdırması hüququ”nun pozulduğu qənaətinə gələrək, 4,500 avro həcmində kompensasiya ödənməsi barədə qərar çıxarmışdı.

N.Əfəndiyev bir müddət ölkə xaricində də yaşayıb.

Allah rəhmət eləsin!

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.

Sahil Babayevdən əhaliyə ŞAD XƏBƏR - Artırılır

“Çox kiçik bir dövr ərzində biz minimum əmək haqqını 130 manatdan artıq gətirib 400 manata, minimum pensiyanı 116 manatdan 320 manata çatdırmışıq. Burada yaxşı xəbər ondan ibarətdir ki, növbəti il də ölkəmizdə böyük sosial paket həyata keçiriləcək və bu sosial paketin reallaşdırılması üçün maliyyə təminatı da büdcədə ehtiyat vəsait kimi müəyyən edilib”.