banner
banner

Dünya

Gürcüstanda seçkilər öncəsi qarşıdurma...

Gürcüstanda seçkilər öncəsi qarşıdurma...

Gürcüstanın prezident administrasiyası sədri Qeorgi Abaşişvili hakim partiya və müxalifəti prezidentə qarşı "çirkli kampaniya" aparmaqda günahlandırıb.

"Faktiki olaraq, bütün dövlət mexanizmi prezidentə ləkə yaxmaq üçün çalışır" - deyə, Abaşişvili bildirib. Bu, prezident aparatı ilə müxalifət arasında ilk açıq qarşıdurmadır.

Payızda Gürcüstanda prezident seçkiləri keçirilməlidir. Bu seçkilərdə prezident son dəfə seçiləcək.

Belə ki, konstitusiyada düzəlişlərə əsasən prezident 2023-cü ildən başlayaraq xüsusi kollegiyanın səsverməsi ilə seçiləcək. Burada parlamentin 150 deputatı və 150 regional bələdiyyə nümayəndələrinin səsi hesablanacaq.

Səlahiyyətlərə gəldikdə isə prezident dövlət başçısı olaraq qalacaq, lakin onun qərarları məhdudlaşdırılacaq. Yalnız hərbi mövqe istisna ediləcək.

Gürcüstan prezidenti Qeorgi Marqvelaşvili hələ ki, seçkilərə qatılacağını bəyan etməyib.

Ötən il Beynəlxalq Respublika İnstitutunun Gürcüstanda keçirdiyi sorğulara görə, repondentlərin 92 faizi prezidentin ümumilli seçkilərlə seçilməsinin tərəfdarıdır. Rəyi soruşulanların yalnız 5 faizi parlamentin prezidenti təyin etməsini hesab etdiklərini bildirib./Amerikanın səsi/

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.