Müğənni Gülben Ergenin prodüser Burak Törerlə eşq yaşamasını elan etməsindən sonra keçmiş əri Erhan Çelik də sevgisini etiraf edib.
“Beşiktaş”ın keçmiş rəhbəri Fikrət Ormanın eks-həyat yoldaşı Sədəf Ormanla sevgili olan Erhan onunla birlikdə Səlami şahinin konsertini izləyib. Gecə boyunca səmimi görüntülər sərgiləyən cütlük sənətçinin mahnılarını birlikdə ifa ediblər. Çelik hətta sevgilisinə mahnı da ithaf edib. O, səhnəyə çıxaraq Səlami Şahinə bunları deyib:
“1994-cü ildə Səlami Şahini dinləməyə getmişdim. “Səlamiii, “Tapılacak kadın”ı söylə” deyə qışqırmışdım. Aradan 23 il keçib. İndi yenə burdayıq. “Tapılacaq kadın”ı söyləyərsənmi? Masamda əyləşən qadın üçün...”. Qeyd edək ki, Erhan Çeliklə Sədəf Orman 5 aydır, münasibətlərini gizli saxlayırdılar.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.