banner
banner

Gündəm

Ombudsman KİV-ə irad bildirib

Ombudsman KİV-ə irad bildirib

Azərbaycanda İnsan hüquqlarının və azadlıqlarının təmin edilməsi və müdafiəsinin vəziyyəti haqqında Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) 2017-ci il üzrə illik məruzəsində kütləvi informasiya vasitələrinə irad bildirilib.

“Report”un xəbərinə görə, məruzədə qeyd olunub ki, kütləvi informasiya vasitələrində gənc nəslin tərbiyəsinə və formalaşmasına mənfi təsir göstərən, insanlarda bədbinlik və psixoloji sarsıntılar yaradan yazı və məlumatların, xüsusilə də kriminal xəbərlərin verilməsi tərzi, cinayət aləminin nümayəndələrinin dolayısı ilə təbliğ olunması, digər tərəfdən, ayrı-seçkiliyə yol açan, habelə əsassız və ya şayiə xarakterli, həmçinin kənar təsir və təzyiqlər nəticəsində yaranan məlumat və yazıların mətbuatda verilməsi, reketçilik və sui-istifadə halları yolverilməzdir. Fikir, söz və mətbuat azadlığının təmin edildiyi bir vaxtda kütləvi informasiya vasitələrinin nümayəndələri etik davranış qaydalarına riayət etməklə daim peşəkarlığının yüksəldilməsinə çalışmalı, eyni zamanda vətəndaşların qanuni maraqlarına cavab verən məsələlərin işıqlandırılmasına, insan hüquqularının inkişafına və müdafiəsinə dəstək verən ədalətli yazılara üstünlük verməlidirlər.

Sənəd Milli Məclisin aprelin 24-də keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq.

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.

Sahil Babayevdən əhaliyə ŞAD XƏBƏR - Artırılır

“Çox kiçik bir dövr ərzində biz minimum əmək haqqını 130 manatdan artıq gətirib 400 manata, minimum pensiyanı 116 manatdan 320 manata çatdırmışıq. Burada yaxşı xəbər ondan ibarətdir ki, növbəti il də ölkəmizdə böyük sosial paket həyata keçiriləcək və bu sosial paketin reallaşdırılması üçün maliyyə təminatı da büdcədə ehtiyat vəsait kimi müəyyən edilib”.