banner
banner

İdman

İspaniya klubu baş məşqçini istefaya göndərib

İspaniya klubu baş məşqçini istefaya göndərib

Barselonanın “Espanyol” klubu baş məşqçisi Kike Sançes Floresi istefaya göndərib.

 

APA-nın məlumatına görə, bu barədə klubun rəsmi saytı açıqlama yayıb. Məlumata görə, baş məşqçi postunu müvəqqəti olaraq ehtiyat komandanı çalışdıran David Qalyexo tutacaq.

 

İstefaya səbəb komandanın uğursuz çıxış etməsidir. “Espanyol” hazırda İspaniya çempionatında 36 xalla turnir cədvəlinin 16-cı pilləsində qərarlaşıb.

 

Qeyd edək ki, 53 yaşlı mütəxəssis 2016-cı ildə “Espanyol”a gətirilib. Bundan əvvəl müxtəlif illərdə Kike Sançes Flores “Valensiya”, “Benfika”, “Atletiko Madrid”, “Uotford” kimi klublara rəhbərlik edib.

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.

21 yaşlı Arda Gülərlə bağlı ŞOK İDDİA yayıldı – SON DƏQİQƏ

İngiltərənin “Çelsi” klubunun baş məşqçisi təyin olunan Xabi Alonso ilə bağlı transfer iddiaları Avropa futbol gündəmini hərəkətə gətirib. İngiltərə mətbuatında yayılan xəbərlərə görə, ispaniyalı mütəxəssis keçmiş yetirməsi Arda Güləri də Londona gətirmək istəyir.