banner
banner

İdman

“Qarabağ”ı top-klublara bənzətmək olar” - Ramil Şeydayev

“Qarabağ”ı top-klublara bənzətmək olar” - Ramil Şeydayev

Topaz Premyer Liqanın 24-cü turunda səfərdə “Sumqayıt”ı 0:1 hesabı ilə məğlub edən “Qarabağ” ardıcıl 5-ci çempionluğunu rəsmiləşdirib. Qol.az-ın məlumatına görə, Ağdam klubunun hücumçusu Ramil Şeydayev matçdan sonra jurnalistlərin suallarını cavablandırıb. İcarə əsasında “Qarabağ”da çıxış edən 21 yaşlı forvard əvvəlcə çempionluqla bağlı təəssüratlarını bölüşüb.


 

- Komandamızı təbrik edirəm. Çempion olduğumuz üçün çox sevinirəm. Son 4 oyunda da qalib gəlməyə çalışacağıq. 

- Ötən mövsüm “Jilina”, indi isə “Qarabağ”la çempion oldunuz. İki çempionluq arasında nə kimi fərq var?

- Düşünürəm ki, ordakı ilə müqayisədə burada çempion olacağımız aşkar görünürdü. Düzdür, orda da üstün idik. Çempion olmaq həmişə xoşdur.

- Erkən çempionluğa görə “Qarabağ”ı Avropada bunu bacaran PSJ, “Mançester Siti” kimi "top-klublar"a bənzətmək olar?

- Əlbəttə, olar, biz də çempionuq.

- “Qarabağ”dakı gələcəyin maraqla gözlənilir. Ağdam klubunda qalacaqsan, yoxsa müqavilə ilə məxsus olduğun “Trabzonspor”a qayıdacaqsan?

- Hələlik bəlli deyil.

- Bəs özün necə, qalmaq istəyirsən?

- Müqaviləmin başa çatmağına hələ var. Ona görə də bu barədə düşünmürəm.

- Amma burada davamlı oynamırsan...

- Məşq edirəm, çalışıram. Baş məşqçi şans verir. Ardıcıl 3 oyundur meydana çıxıram.

- Premyer Liqada cəmi 1 qol vurmusan. Xeyli vaxtdır oynadığın üçün bu, aşağı göstəricidir...

- Neçə vaxtdır oynayıram? Maksimum 4 oyunda meydana çıxmışam (gülür).

- Razılaşaq ki, heyətə düşməmək də sənin günahındır...

- Bəli. Amma daha çox oynamaq üçün üzərimdə çalışıram



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.

21 yaşlı Arda Gülərlə bağlı ŞOK İDDİA yayıldı – SON DƏQİQƏ

İngiltərənin “Çelsi” klubunun baş məşqçisi təyin olunan Xabi Alonso ilə bağlı transfer iddiaları Avropa futbol gündəmini hərəkətə gətirib. İngiltərə mətbuatında yayılan xəbərlərə görə, ispaniyalı mütəxəssis keçmiş yetirməsi Arda Güləri də Londona gətirmək istəyir.