banner
banner

Gündəm

Baş nazirin vəzifədən çıxarılan müavini: “Bundan sonra…”

Baş nazirin vəzifədən çıxarılan müavini:
Heç kəs üçün vəzifə əbədi deyil. Hər şeyin başlanğıcı olduğu kimi, sonu da var. Bu baxımdan mənim hökumətdə yer almamağımla bağlı nə üzüntüm, nə də təəccübüm var.
Cia.az xəbər verir ki, bu sözləri Gününsəsi.info-ya açıqlamasında baş nazirin sabiq müavini Elçin Əfəndiyev yeni hökumətdə yer almaması barədə danışarkən deyib. Elçin Əfəndiyev bildirib ki, uzun illər çalışdığı vəzifədə dövlətə xidmət göstərib:
“İnanıram ki, yeni gələnlər də Azərbaycanın uğurları üçün çalışacaq. Prezidentin rəhbərliyi ilə ölkəmizin inkişafı bundan sonra da davam edəcək. Mən yeni təyin olunan şəxslərə uğurlar arzu edirəm”.
Bundan sonra hansı işlə məşğul olacağına gəlincə, Elçin Əfəndiyev bunları deyib: “Bundan sonra yeni əsərlər yazacam. Buna vaxtım olacaq. Sizlər də oxuyarsınız”.


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.