Ukraynanın Donetsk şəhərinin Kiyev rayonundakı Zasyadko adına şaxtada ötən gün səhər saatlarında baş verən partlayışda həlak oanların sayı artıb.
ANS PRESS-in məlumatına görə, xilasedici komandanın nümayəndəsi Yulian Bedilo martın 4-də səhər saatlarında qeydə alınan partlayışdan sonra şaxtada 73-dən çox fəhlənin köməksiz vəziyyətdə qaldığını bildirmişdi.
Partlayışla əlaqədar Donetsk rayon bələdiyyəsinin mətbuat xidmətindən son məlumatları açıqlayıb. Məlumatda bildirilir ki, metan qazının çoxalması nəticəsində baş verən partlayışda ölənlərin sayı 33-ə çatıb.
Mədənin 200 metr dərinliyində hələ də köməksiz vəziyyətdə qalanların olduğu qeyd edilir.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.